Bakı-Qazax yolunda qəza olub: xəsarət alanlar var

15:35 29.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən hafta.az-a bildirilib ki, mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb, ölən yoxdur.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.