Bakıda 15 yaşlı qız YOXA ÇIXDI

11:43 06.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan 15 yaşlı Kərimova Fatimə Dəyanət qızı iyunun 3-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Z.Kərimova 15-ci Polis Bölməsinə müraciətində bildirib.

Yeniyetmə qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.