Bakıda 23 nəfər günvurma ilə bağlı müraciət edib

16:10 10.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.

 

Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

Qeyd edilib ki, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.