Bakıda 34 yaşlı kişini avtomobil vurub

16:48 30.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Namazov Elnur Seymur oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.