Bakıda ana 7 aylıq qızı ilə birgə yoxa çıxıb

13:20 01.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ana körpəsi ilə birgə itkin düşüb.

Lent.az xəbər verir ki, Xətai rayonu, A.Qurban küçəsində yaşayan 37 yaşlı Gültəkin Qabil qızı Poladova 7 aylıq qızı Ziba ilə birgə evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə onun əri S.Poladov polisə müraciət edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.