Bakıda avtomobil sexləri yanıb

09:49 24.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobil sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a veriilən məlumata görə, Nəsimi rayonunda ümumi sahəsi 43 m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları qismən və lambirindən ibarət tavanı yanıb.

Hadisə nəticəsində sexin içərisində təmirə dayanan "Ford " markalı minik avtomobilinin yanar hissələri və avadanlıqlar, bitişik ümumi sahəsi 25 m² olan digər sexin dam örtüyünün taxta atmaları da 5 m² sahədə yanıb.

 

Hər iki sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.