Bakıda avtomobil təmiri sexində yanğın başlayıb

23:02 18.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobil təmiri sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.