Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı

11:04 13.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.

Hafta.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.

Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Polis İdaərisinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Oxunma sayı 954