Bakıda beşmərtəbəli binada yanğın olub

16:24 18.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində beşmərtəbəli binada yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.