Bakıda evdə yanğın olub

14:44 25.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.