Bakıda koronavirus xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

15:18 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilmə müddəti uzadılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilmə müddəti mayın 1-dək uzadılıb.