Bakıda "Land-Rover"lə “KamAZ” toqquşub - ölən var

10:06 07.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda "Land-Rover" və “KamAZ” toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, iyunun 6-da saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V. Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V. Eyvazov ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.