Bakıda məktəbli qız itkin düşüb

10:31 11.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 13 yaşlı qız itkin düşüb.

Hafta.az Apa-ya istinadən xəbər verir ki, Binəqədi rayonu Gülüstan qəsəbəsində yaşayan Aytən Rəsulova Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, onunla yaşayan 2009-cu il təvəllüdlü qızı Selin İbrahimova ötən gün saat 14 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.