Bakıda nasaz motosikleti oğurlayan şəxs saxlanılıb 

18:00 06.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Rəhimli iyulun 3-də saat 23 radələrində A.Səhhət küçəsindən nasaz vəziyyətdə olan “Yamaha” markalı motosikletinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçiridkləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov həmin motosikletlə birlikdə saxlanılıb.

Araşdırma aparılır.