Evdən qadın meyiti tapıldı

09:43 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə evdən 69 yaşlı qadının meyiti tapılıb. Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Hafta.az xəbər verir ki, kənd sakini 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil.

Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır