Bakıda qəza - vurulan iki qadından biri öldü

10:36 15.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə paytaxtın Nəsimçi rayonu ərazisində baş verib. Məmmədzadə Səmədulla Yədulla oğlu idarə etdiyi Mercedes-Benz markalı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, “Zabitlər Parkı” adlanan ərazinin qarşısında hərəkətdə olan zaman idarəetməni itərərək yolu keçmək istəyən piyadalar 1975-ci il təvəllüdü Süleymanlı Aynurə Əşrəf qızını və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurmuş, nəticədə Mehriban Tağıyeva hadisə yerində ölmüş və Aynurə Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.