Bakıda sərnişin avtobusda ÖLDÜ

10:59 03.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

Hafta.az trend-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində 161 saylı xətt üzrə hərəkət edən avtobusda 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürək tutmasından dünyasını dəyişib. Əraziyə təcili yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.