Bakıda yaşayış binasında yanğın baş verib

09:00 05.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Səbail rayonu, Ö.Nemətzadə küçəsində yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, yanğın FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Səbail rayonunun Ö.Nemətzadə küçəsi ünvanında yerləşən yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.