Bakıda yolu keçən gənc qızı avtomobil vurub

11:46 16.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda 24 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən İsmayılova Röya Oqtay qızını avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.