Bakının bütün ərazilərinə suyun verilməsi bərpa olunub

15:14 17.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin yekunlaşmasından sonra ərəzilərə suyun qrafikə uyğun verilməsi tam bərpa olunub.

Hafta.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinə görə paytaxt ərazisinə suyun verilməsində bir neçə gün idi problemlər yaşanırdı.