“Baku Medical Plaza”da yeni doğulmuş körpə öldü

10:32 14.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 12-də səhər saatlarında “Baku Medical Plaza” xəstəxanasına gətirilən 1994-cü il təvəllüdlü Mehriban İsayeva hamiləliyin sonunda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Lakin körpə 1 sutka sonra xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.