Yazını böyüt
Yazını kiçilt
Balakən rayonunun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 210 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 168 m² sahədə yanıb.
Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.
Məlumata görə, evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.