ABŞ-ın şimal-şərqindəki Men ştatında 1,5 metrlik raket balıqçı toruna düşüb.
Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, Kemeron Piz Men ştatında balıq ovlamaq üçün qurduğu toru yoxlayarkən yad cisim görüb. Kemerun Piz obyekti yaxından araşdırdıqda onun raket olduğunu müəyyən edib.
Piz raketi torqarışıq sahilə çıxarıb, pikap maşınına yükləyərək evə aparıb. Ertəsi gün mərmini tapan şəxs səlahiyyətlilərlə əlaqə saxlayıb. Evə gələn Men Ştat Polisinin bomba zərərsizləşdirilməsi üzrə mütəxəssisləri raketin 1940-cı illərdə hazırlanmış və dənizdən edilən hücumlarda istifadə olunan “MK29 Mod-0” olduğunu müəyyənləşdiriblər.
Təhlillərə baxmayaraq, raketdə aktiv partlayıcı maddə olub-olmadığını müəyyən etmək mümkün olmayıb. Buna görə də bomba mütəxəssisləri raketi təhlükəsiz şəkildə məhv ediblər.
"Mən bunun nə olduğunu bilmirdim. Okeanın dibində palçıqla örtülmüşdü", - deyib Kemeron Piz. O bildirib ki, rəsmilərin dediyinə görə, sursatın ucunda 1-3 kiloqram partlayıcı olub.