Bayramınız mübarək ŞƏHİD ANALARI! - VİDEO

22:20 06.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir gündən sonra bütün dünyada 8 Mart Qadınlar Bayramı qeyd ediləcək. Həyat yoldaşları xanımlarını, oğullar analarını, sevgililər biri-birini təbrik edəcək.

Bəs, oğlu şəhid olmuş analar, həyat yoldaşı şəhid olmuş xanımlar!?

Modern.az-ın təqdim etdiyi bu videoya diqqətlə baxın. Gördüyünüz bu xanım, Həzimə Qurbanova Aprel şəhidi Fəxrəddin Qurbanlının anasıdır. Fəxrəddin anasını həmişə 8 martda yazdığı məktublarla təbrik edərdi. Biz də şəhid analarını Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirik. Şəhidlərimizin ruhu şad olsun!