Bəhreyn Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

17:26 18.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevi təbrik edib.

Hafta.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".