“Azərbaycanda Bələdiyyələr nəyə xidmət edir? Bələdiyyələrin fəaliyyəti görünmür, bunun üçün bələdiyyələrə səlahiyyəti və əlində pulu olmalıdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məruzəsi ilə bağlı bildirib.
Deputat qeyd edib ki, bu gün dövlət büdcəsindən bələdiyyələrə 7-8 milyon vəsait ayrılır. Bələdiyyələrin özünün canlı fəaliyyət göstərməsinə imkan yaradılsa, dövlət büdcəsindən bu dərəcədə vəsait ayrılmasına ehtiyac qalmaz.
F.Mustafa dünən “Qarabağ” klubunun qələbəsinə diqqət çəkib və eyni zamanda Bələdiyyələrin nəzarətində olan futbol klublarının yaranmasını qeyd edib.
“Bələdiyyə teatrı, bələdiyyə futbolu yaradılmalıdır. Lakin bunun üçün bələdiyyənin pulu olmalıdır ki, bu sistemlərlə iş görə bilsin”.