Bərdədə dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlanıb 

12:39 23.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"23.02.2025-ci il tarixində saat 01:10 radələrind dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub".

Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib: "Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir".