Bərdədə həyətdə oynayan uşağı it dişləyib

23:51 28.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2016-cı il təvəllüdlü Kərimov Mirkamil Toğrul oğlu həyətdə oyanayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. Uşaq ətrafdakılar tərəfindən xilas edilərək xətəxanaya çatdırılıb. Azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.