Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Nazirlikdən hafta.az-a bildirilib ki, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılaraq böyük fəsadların yaranmasına imkan verilməyib.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən hafta.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.