Bərdədə şəhid və qazi ailələri üçün iftar verilib

23:57 24.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi - MÜSİAD Azərbaycan Bərdədə şəhid, qazi ailələri üçün iftar təşkil edib.

Hafta.az-ın məlumatına görə, bununla yanaşı, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk ilə birlikdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev də ziyarət edilib

Eyni zamanda, rayondakı Şəhidlər xiyabanı da ziyarət edilib.

 

Qeyd edək ki, daha öncə MÜSİAD Azərbaycanın Saatlı və İsmayıllı rayonlarında şəhid və qazi ailələri üçün iftar süfrələri təşkil edib.