Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyi Bərdədə zibillik ərazidə halsız vəziyyətdə tapılan qadınla bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Bərdə rayonunun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.
Hazırda qadının müalicəsi davam etdirilir.