Beyləqanda kanalda meyit tapıldı

14:37 18.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 18-də Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə aşkarlanan naməlum kişi meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hafta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.