Beyləqanda qaçırılan məktəbli qız tapılıb

21:40 08.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qız tapılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.