Beyləqanda qəza - Ölən var

14:59 23.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 22-də saat 20 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində rayon sakinləri R.Allahverdiyevin idarə etdiyi “VAZ-21061” markalı avtomobillə İ.İmanovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. 

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, nəticədə R.Allahverdiyev və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən biri - Rasim Fərzəliyev xəstəxanada ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunma sayı 66