Beyləqanda zəhərələnənlərin vəziyyəti açıqlanıb - Rəsmi

10:24 23.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir.

Hafta.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) Mətbuat katibi Zamirə Adilova deyib.

O bildirib ki, həmin şəxslər hazırda stasionar nəzarətdədir:

"Vəziyyətləri stabildir, gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar".

 

Xatırladaq ki, Beyləqan rayonunda 15 nəfər pambıq sahəsində pambıq yığarkən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Oxunma sayı 269