Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Myanma hərbi xunta liderinin həbsini istəyir

19:02 28.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xan hakimlərdən Myanma hərbi xuntasının lideri Min Aunq Hlainqin ölkə daxilində qiyamla mübarizə apararkən Rohingya müsəlman azlığına qarşı törətdiyi “insanlığa qarşı cinayətlər”ə görə həbsə order verilməsini istəyib. Bu barədə Associated Press (AP) məlumat yayıb.

“Bu yolla biz bütün tərəfdaşlarımızla birlikdə Rohincaların unudulmadığını nümayiş etdirəcəyik. Dünyadakı bütün insanlar kimi, onların da qanunla müdafiə olunmaq hüququ var”.

Xanın sözlərinə görə, bir milyona yaxın vətəndaş “kütləvi zorlama və evlərin yandırılması ilə nəticələnən etnik təmizləmə kampaniyasından” xilas olmaq üçün qonşu Banqladeşə köçmək məcburiyyətində qalıb. O, əlavə edib ki, Myanma liderləri üçün əlavə həbs orderləri istəyəcək.