Bu testlə ölümcül gənə virusu bir neçə saata aşkar ediləcək

11:54 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyalı alimlər gənələr tərəfindən yayılan, ağır qızdırma və trombositopeniya sindromu olan SFTS virusunu qısa müddətdə aşkar etməyə imkan verən yeni diaqnostik test hazırlayırlar.

Hafta.az Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, Osaka Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan test mövcud PCR müayinələrindən fərqli olaraq nəticələri eyni gün ərzində əldə etməyə imkan verəcək.

Test hamiləlik və qrip testlərində istifadə olunan immunoxromatoqrafik üsula əsaslanır.

Mütəxəssislərin məlumatına görə, ölüm göstəricisi 10-30 faiz arasında dəyişən SFTS virusu Yaponiyada geniş yayılıb. Son günlərdə xəstəliyə ölkənin fərqlo regionlarında da rast gəlinib.

Tədqiqatçılar yeni diaqnostik dəstin 1-2 il ərzində istifadəyə hazır olacağını bildirirlər. Osaka Universiteti eyni zamanda SFTS virusuna qarşı peyvənd hazırlanması üzərində də çalışır.