Bəzi açıq sahələrdə su məcrasından çıxsa da, yaşayış məntəqələrinə təhlükə qeydə alınmayıb - FHN

17:02 26.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə qeydə alınmayıb. 

Hafta.az FHN-ə istinadən bildirir ki, bununla belə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb. Hazırda FHN tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət tam nəzarət altında saxlanılır.

Oxunma sayı 107