Bəzi çaylardan sel keçib

11:08 12.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 12-də gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda da Quba rayonu ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsindən sel keçir.