Biləsuvarda ev yanıb, xəsarət alan var

18:47 27.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvarda ev yanıb, bir nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları 50 kv.m sahədə və dam örtüyünün taxta atmaları 40 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri və tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.