Binanın damına çıxıb özünü atmaq istədi

09:56 18.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə intihara cəhdin qarşısı alınıb.

 

Hafta.az FHN-ə istinadən xəbər verir ki, 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

 

FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.