Bir nəfər dənizdə batıb

22:20 06.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lökbatan qəsəbəsi yaxınlığında dənizdə bir nəfər batıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"İyulun 06-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 550 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - deyə Nazirlikdən bildirilib.​