Bir sıra məktəblərə xəbərdarlıq edilib

12:58 06.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yuxarı siniflərdə, təəssüf ki, davamiyyətlə bağlı problem yaşanır.

Hafta.az trend-ə istinadən  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Son iki həftə ərzində məktəblərdə monitorinq keçirilib və davamiyyətlə bağlı nöqsanlar aşkar edilib. Bununla bağlı ciddi xəbərdarlıqlar edilib. Monitorinqlər davam etdiriləcək.”,- deyə o bildirib.