Birinci sinif şagirdinin ölümünə səbəb olan şəxsin cinayət işi məhkəməyə göndərilib

12:35 23.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin birinci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun cari il fevralın 8-də təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

Cəlilabad Rayon Prokurorluğunun hafta.az-a daxil olan məlumatında bildirilib ki, istintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Oxunma sayı 122