Bitkoin 4 faiz bahalaşıb 

16:10 30.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son sutka ərzində 4 faiz bahalaşıb.

Hafta.az-ın məlumatına görə, kriptovalyutanın son qiyməti 18,5 min dollar təşkil edib.

Hazırda qlobal kriptovalyuta bazarının 62 faizi bitkoinin payına düşür.

Xatırladaq ki, ötən həftənin əvvəlində bitkoinin qiyməti 19 min dolları keçsə də daha sonra 16 min dollaradək azalmışdı.

Sonuncu dəfə bitkoin 2017-ci ilin dekabrında 19 min dollardan baha qiymətə alınıb-satılırdı.

Oxunma sayı 101