“Bloomberg” Rusiya və Belarusda fəaliyyətini dayandırdı

09:00 29.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bloomberg" agentliyi Rusiya və Belarusda fəaliyyətini dayandırdığını elan edib.

 

Hafta.az-ın məlumatına görə, agentlik bildirib ki, hər iki ölkədəki müştərilərinə xəbər terminalı və e-ticarət platformaları da daxil olmaqla maliyyə məhsullarına giriş qadağan ediləcək.

 

Qeyd olunub ki, bu qərar heç bir halda agentliyin internet saytının işinə təsir göstərməyəcək.