Bir həftə əvvəl - dekabrın 7-də BMT Baş Assambleyası öz iclasında “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərinin, eləcə də Qara və Azov dənizlərinin bir hissəsinin hərbiləşdirilməsi problemi” adlı yeni qətnaməni təsdiq edib.
Hafta.az yazır ki, Krım üzrə qətnamənin praktiki xeyri barədə Ukrayna ekspertləri - hüquq elmləri doktoru, Ukrayna prezidentinin Krım Muxtar Respublikasında keçmiş daimi nümayəndəsi Boris Babin və Strateji Araşdırmalar Mərkəzi İdarə heyətinin sədri Pavel Jovnirenko danışıblar.

"Əvvəla, BMT Baş Assambleyasının Krım üzrə qətnamələri çox vacibdir. Xatırladaq ki, yarımadanın işğalına reaksiya kimi qəbul edilmiş 68/262 nömrəli qətnamədən başqa, 2016-cı ildən bəri Baş Assambleya hər il Krım üzrə “hüquq – mühafizə” qətnaməsi (71/205, 72/190, 73/263, 74/168) və 2018-ci ildən etibarən hər il yarımadanın hərbiləşdirilməsi haqqında (73/194, 74/17 və indiki) qətnamə qəbul edir. Rusiya vurğulamağa həvəsli olduğu kimi, bu qətnamələr dövlətlər üçün məcburi xarakter daşımamasına baxmayaraq, onlar BMT və bütn tabe beynəlxalq təşkilatlar, onların struktur və məmurları üçün mütləqdir. Daha doğrusu isə, bu aparat hazırda praktik beynəlxalq münasibətlərin bütün spektrini – epidemiyalarla mübarizədən başlayaraq universitetlərin əməkdaşlığına qədər təmin edir" deyən hüquq elmləri doktoru Boris Babin bildirir ki, BMT-nin baş katibi "insan hüquqları" qətnamələri xətti ilə hər il Krımla bağlı xüsusi bir hesabat hazırlayır. Problemə daha yüksək səviyyəli bir diqqət təsəvvür etmək çətindir. Bundan əlavə, Baş Assambleyanın qətnamələri (və BMT Baş Katibinin hesabatları) açıq-aşkar beynəlxalq məhkəmələr tərəfindən "Krım işlərində" istifadə edilə biləcək - və onların qərarları artıq hamı üçün məcburi olacaq. Həmçinin, dövlətlərdən bu qətnamələri yerinə yetirməsi tələb olunmasa da, onların əməl etmək hüququ var. Məsələn, qətnamənin mətninə istinad edərək Rusiya Federasiyasına yeni sanksiyaların tətbiqi vacibdir. Əlavə olaraq, gələcəkdə Krımın işğaldan azad edilməsi çərçivəsində Baş Assambleyanın məcburi bir qətnaməyə səs verməsi istisna deyil. Belə bir prosedur mövcuddur və bu, guya “BMT Təhlükəsizlik Şurasının daimi üzvü” kimi Rusiyanın vetosundan yan keçməyə imkan verir.
"BMT Nizamnaməsində bu kreslo hələ də SSRİ-nin siyahısındadır və Rusiya Federasiyası onu yalnız "borc olaraq" tutur. Hansı ki, bu gec-tez bitəcək", - B.Babin deyib.

Ukraynalı ekspert Pavel Jovnirenko isə bu qənaətdədir ki, b cür qətnamələrin hətta şifahi şəkildə səslənməsinin belə faydası böyükdür. "Oğruya davamlı olaraq deyirlər ki, sən oğrusan, yerinə qoy. Rusiya Krım məsələsinin həll olunduğunu, geridönüşü olmadığını göstərməyə çalışır və dünya birliyi mütəmadi olaraq (əgər BMT Təhlükəsizlik Şurasında ruslar özləri üçün əlverişsiz olan məsələlərdə veto hüququndan daim istifadə edirsə, bu, BMT Baş Assambleyasına aid deyil) deyir ki, Krım ərazisi sizin deyil, istədiyiniz kimi davrana bilməzsiniz, işğalçı ölkəsiniz. Bu həm əvvəlki, həm də indiki qətnamələrin mənalarından biridir. Qəbul edilmiş qətnamənin bir vacib məqamı da odur ki, Rusiyaya Krımın hərbiləşdirilməsinin qəbuledilməzliyinə işarə edilir. Bunun bölgə və beynəlxalq nizam üçün təhlükə yaratdığı vurğulanır. Yəni Krım məsələsinin - Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın dünyanın qanuni qaydasına bağlandığını görürük", - deyib ekspert.
P.Jovnirenko deyir ki, qətnamə nəticəsində diqqət Qara dəniz bölgəsindəki vəziyyətə yönəlir. Silahsızlaşdırmanın əhəmiyyəti artır və bütün bunlar işğalın dayandırılmasının vaciliyi, Rusiyanın Krımdan çəkilməsi, yarımadanın beynəlxalq hüquq sahəsinə, Ukraynanın hüquq sahəsinə qaytarılması ilə əlaqələndirilir.
"Qara dəniz bölgəsinin silahsızlaşdırılması məsələsi hələ 90-cı illərdə qaldırılmışdı. O zaman Türkiyə və Rusiya qarşı çıxdı. İndi Türkiyə tərəfdarı ola bilər. Çünki ruslara son zamanlar nə qədər güclü olduğunu dəfələrlə göstərdi - həm Suriyada, həm də Qafqazda. Əlbəttə, Budapeşt Memorandumunu aktuallaşdırmaq lazımdır. Bu, Krım məsələsini ehtiva edən yeganə formatdır. Rusiyanın imzası isə memorandum üzərindədir. Yəni - hesaba çağırmalısınız və bu ən vacib cəhəti səsləndirməməlisiniz. "Şərhlər" portalının verdiyi xəbərə görə, Krımlı insan hüquqları müdafiəçisi İrina Sedova, Rusiyanın dəstəyi ilə Krımda baş verən bir sıra pozuntuları qeyd edib", - deyə P.Jovnirenko sözünü tamamlayıb.