Bolsonaro Braziliyaya qayıdıb

16:22 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ABŞ-da üç ay qaldıqdan sonra Braziliyaya qayıdıb. Bu barədə “Reuters” məlumat yayıb.

Martın 30-da paytaxt hava limanında siyasətçini yüzlərlə tərəfdar qarşılayıb. Bolsonaro prezidentlik titulunu yanvarın 1-də Braziliyanın hazırkı lideri Luiz İnasio Lula da Silvaya təhvil verməzdən iki gün əvvəl ABŞ-a uçub.

Eks-prezident öz təcrübəsindən gələn il keçiriləcək bələdiyyə seçkilərində partiya kampaniyasına köməklik göstərəcəyini bildirib. O əlavə edib ki, itirilmiş səs qapalı fəsildir.