Borçalı türkləri Gürcüstanla Azərbaycan arasında mənəvi körpüdür - Zəlimxan Məmmədli

18:40 28.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Gürcüstandakı parlament seçkiləri unikal bir seçki idi. Yəni Qərblə Rusiyanın toqquşma məkanıdır”.

Bunu hafta.az-a Gürcüstanın parlament seçkilərinin yekunları ilə bağlı şərhində Zəlimxan Məmmədli bildirib.

Onun sözlərinə görə, proqnozlaşdırıldığı kimi, bərabər əsaslı seçkilər keçirildi: "Bütün hallarda Gürcüstan müəyyən bir müddət bir siyasi gərginliklər dövrünü yaşamağa məhkumdur. Görünən budur. Hesab edək ki, Borçalı türkləri Gürcüstanla Azərbaycan arasında mənəvi insan körpüsüdür. Bu körpünü gücləndirmək strateji olaraq Gürcüstanın da, Azərbaycanın və regionun maraqlarına uyğundur”.