Böyük Britaniyada dəmiryolçuların tətili illərlə uzana bilər

12:06 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada dəmiryolçular həmkarlar ittifaqının rəhbəri xəbərdarlıq edib ki, əməkhaqqı mübahisəsi ilə bağlı güzəşt əldə olunana qədər tətillər davam edə bilər.

Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, yeni tətil şənbə günü qatar xidmətlərinin yenidən dayandırılmasına səbəb olub və nəticədə sərnişinlər çətin vəziyyətə düşüblər.

ASLEF qatar maşinistləri həmkarlar ittifaqının üzvlərinin tətili Uemblidə Mançester Siti və Mançester Yunayted arasında İngiltərə Kubokunun finalı, həmçinin Epsom Derbisi, eləcə də digər idman və musiqi tədbirləri ilə üst-üstə düşüb.

Futbol azarkeşlərinə Uembliyə qatarla getməmək tövsiyə edildikdən sonra minlərlə adam bunun əvəzinə Londona üz tutub.

Rail Delivery Group (RDG) bildirib ki, qatarların təxminən 40 faizi şənbə günü işləyəcək, lakin bəzi ərazilər ümumiyyətlə işləməyəcəyi üçün geniş regional fərqlər olacaq.

Yeni tətil başlayandan sonra ilk dəfə danışan ASLEF-in baş katibi Mick Vhelan, birliyin həllə nail olmaq üçün "nə lazımdırsa" edəcəyini söyləyib. Sky News-a danışan Vhelan, "Tətil etmək istəmirik. Amma istər 4 il, istər 5 il, istərsə də bir həllə çatmaq üçün nə qədər vaxt lazım olursa olsun, biz bu işin içindəyik və hər şeyi edəcəyik. Bir çox digər sektorlar və işçilər kimi biz də 4 ili maaş artımı olmadan keçirdik. Bəs indi dayansaq 4 ildən sonra nə olacaq? Gələn il, ondan sonrakı il, ondan da sonrakı illər maaşımız artırılmayacaq” deyib.

Bu sonuncu tətil çərşənbə günü qatar sürücülərinin və cümə günü Dəmir Yolları, Dənizçilik və Nəqliyyat (RMT) həmkarlar ittifaqı üzvlərinin əməkhaqqı, iş və iş şəraiti ilə bağlı uzun müddətdir davam edən mübahisələrə görə işə çıxmamalarından sonra sonra baş verir.

Vhelan sözünə belə davam edib: “Hökumətin razılığın əldə olunmasına mane olan müdaxilələrdən geri çəkilmə vaxtıdır. Digər işçilər kimi maşinistlər də son 12 ayda 10 faizi keçən inflyasiya və 4 il heç bir artım olmadığına görə maaş artımına layiqdirlər”.

Həmkarlar ittifaqının sədrinə görə, ötən il maaşların 4 faiz, bu il üçün də 4 faiz artırılması təklifini “sönük” kimi qiymətləndirib.

Oxunma sayı 185